Saytımıza xoş gəlmisiniz

Ermənilər Xankəndinə axışır… – Qondarma rejimə etirazlara dəstək üçün

Oxunma sayı: 116

received_1531983960264657

Xəbər verdiyimiz kimi iyunun1-dən başlayaraq Azərbaycanın işğal altındakı Xankəndi şəhərində vəziyyət gərginləşib.

“KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki, iki nəfərin xüsusi təyinatlılar tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı başlanan etirazlar dünəndən daha da genişlənməkdədir.

Bölgədə vətəndaş qarşıdurması yaranması təhlükəsi də var. Belə ki, iyunun 3-dən başlayaraq bir qrup müharibə veteranı başda olmaqla 500-dək erməni Xankəndidəki mərkəzi meydana yığışaraq Bako Saakyanın qondarma rejiminə dəstək nümayiş etdiriblər. Nümayişçilər etirazçıları müharibə vəziyyətində olan rejimin rəhbərliyinə qarşı etiraz aksiyalarını dayandırmağa səsləyiblər. Lakin buna rəğmən etirazçı ermənilər tələbləri yerinə yetirilməyənədək aksiyalra davam edəcəklərini bildiriblər.

Bazar günündən başlayaraq işğal altındakı digər bölgələrimizdə məskunlaşmış ermənilər də Xankəndinə axışmaqdadır. Onlar əllərində “Əsgəran sizinlədir!”, “Martuni (Xocavənd-S.L.) sizinlədir!”, “Hadrut sizinlədir” və s. şüarları tutaraq etirazçılara dəstək verirlər.

Sultan Laçın

received_1531984096931310

received_1531984080264645

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*