Saytımıza xoş gəlmisiniz

Ermənilərdən növbəti təxribat

Oxunma sayı: 34

46803651_2338777606194276_649923552266420224_n

San Fransiskoda keçirilən növbəti xalça sərgisində Laçının məşhur “Qasımuşağı xalçası” erməni xalçası kimi təqdim olunub.

Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalar. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən “Qasımuşağı xalçaları” Zəngəzur mahalının Hacısamlı nahiyəsinin(indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.

XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi.

Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində yerləşən bütün kəndlərin ərazisi 1992-ci il 18 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bununla da bu ərazilərdə “Qasımuşağı xalçaları”nın toxunmasına (istehsalına) son qoyulmuş oldu. Əvəzində isə işğal olunmuş ərazilərdə ermənilər tərəfindən aparılan qarət nəticəsində əldə edlmiş digər Azərbaycan xalçaları ilə yanaşı “Qasımuşağı xalçaları”nıda ermənilər muzey və sərgilərdə “Ermənistan xalıçası” kimi təqdim edirlər.

Karabakh.tv

46837360_2338777592860944_7919699533800407040_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*