Saytımıza xoş gəlmisiniz

Ermənilərin 60.3%-i Sarqsyandan narazıdır – “Gallup International”

Oxunma sayı: 97

sargsyan-protest-1523005520

Ermənistan əhalisi ölkənin gələcək baş naziri postunda elə hökumətin hazırkı başçısı Karen Karapetyanı görmək istəyərdilər. “Gallup International” şirkətinin keçirdiyi sorğunin nəticələri bunu göstərib.

AzVision.az “Sputnik”ə istinadla xəbər verir ki, sorğu zamanı respondentlərə belə bir sualla müraciət olunub: “Ermənistanın yeni Konstitusiyasına görə, ölkənin idarəçiliyində baş nazirin rolu daha çox olacaq. Bunu nəzərə alaraq, siz 9 aprel 2018-ci ildən sonra baş nazir vəzifəsində Respublikaçılar Partiyasından kimi görmək istəyərdiniz?”

Rəyi soruşulanların 27,3 faizi Karapetyanın, 24,8 faizi Serj Sarqsyanın, 8,6 faizi isə Vigen Sarkisyanı adlarını çəkiblər. Müxalifətin namizədlərindən isə Qaqik Tsarukyan (26.5 faiz) və Nikol Paşinyan (15.3 faiz) daha çox səs toplayıblar.

Sorğunun nəticələrini jurnalistlərə “Gallup International” şirkətinin Ermənistan təmsilçiliyinin rəhbəri Aram Navasardyan açıqlayıb.

O, həmçinin bildirib ki, rəyi soruşulanların 60,3%-i hazırkı prezident Sarqsyanın fəaliyyətini təqdir etmir. 64,1% isə hökumətin işindən narazıdır. 69,9% parlamentin işinə mənfi yanaşır.

Bundan başqa, rəyi soruşulanların 70,9%-i hakimiyyətə etibar etmədiklərini bildiriblər.

AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*