2018-ci ilin yanvar-may aylarında Qarabağa gələn 8654 xarici turist Azərbaycanın dövlət sərhədini pozub.
“KarabakhTV” xəbər verir ki, bu haqda Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejimin turizmlə məşğul olan qanunsuz qurumunun verdiyi məlumatdan aydın olub. Beləliklə, 2017-ci ilin eyni dövrünə nisbətdə turist sayı 102 faiz və ya 4362 nəfər artıb.
Bu il Dağlıq Qarabağda həm də bir yeni turoperator da qeydiyyatdan keçib. Turizmdəki subyektlərin ümumisayı 10-dur, onlardan 9-u turoperator və 1-i səyahət agentidir.
Eyni zamanda 2018-ci ildə 4 mehmanxana obyekti yaradılmışdır. Hal-hazırda işğal altındakı Azərbaycan ərazilərində 53 mehmanxana fəaliyyət göstərir.
Sultan Laçın