Saytımıza xoş gəlmisiniz

“Ermənilərin Bakı qətliamı” yalanını təbliğ edən kitab çap edildi…

Oxunma sayı: 1. 142

265691

Düşmən Türkiyənin ardınca, Azərbaycanı şərləməklə məşğuldur

Bu günlərdə “ermənilərin Bakı qətliamı”nı təbliğ edən kitab çap edilib.

Karabakh.TV Moderator.az-a istinadən xəbər verir ki, Amerika ermənisi tərəfindən hazırlanan kitabda ötən əsrin 90-cı illərinin əvvəllərindəki proseslər tamamilə təhrif edilib, Azərbaycan xalqının milli-azadlıq hərəkatı mülki ermənilərə qarşı zorakılıq kimi təqdim edilib.

1990-cı ildə Azərbaycanda, xüsusilə də Bakı, Sumqayıt, Gəncə və s. şəhərlərdə yaşayan ermənilərin soyqırımla üzləşdiyi, öldürüldüyü və işgəncəyə məruz qaladığı ilə bağlı yalanların yer aldığı kitabda, ermənilərin məhz bu səbəblə Azərbaycanı tərk etdiyi bildirilir. Halbuki, nə 80-ci illərin sonu, nə də 90-cı illərin əvvəllərində Azərbyacanda ermənilərə qarşı hər hansı zorakılığın olmadığı məlumdur.

Sadəcə, görünən odur ki, Türkiyəni 1915-ci il olaları ilə bağlı şərləyən, onu beynəlxalq qınaq obyektinə çevirən ermənilər, bu kəs Azərbaycanı da soyqırım iddiası ilə şərləməklə “məzlum erməni” obrazını gücləndirməyə, habelə, Qarabağın işğalı, bu işğal zamanı mülki və hərbi azərbaycanlılara qarşı sərgilənən saysız-hesabsız vəhşilikləri unutdurmağa, bu cinayətləri dünya ictimai rəyində arxa plana keçirməyə çalışır.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*