Saytımıza xoş gəlmisiniz

Ermənilərlə rus hərbçiləri dalaşdı

Oxunma sayı: 326

38212372_2134178526855843_1357002811321090048_n

Gümrü şəhərində Rusiya hərbi qulluqçuları ilə növbəti dəfə ciddi insident yaşanıb.

Karabakh.tv Shamshyan.com.-a istinadən xəbər verir ki, iyulun 30-da təxminən 00.50 radələrində Gümrüdəki tibb məntəqəsindən polis şöbəsinə bildirilib ki, məntəqəyə sərxoş vəziyyətdə bir nəfər daxil olub. Həmin şəxsdə kəllə-beyin travması müəyyənləşdirilib.

Az sonra ikinci sərxoş şəxsin də zərər çəkdiyi haqqında məlumat verilib. Polis əməkdaşları zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirib. Bunlar Rusiya Federasiyasının vətəndaşları 34 yaşlı Deniz Makiyev, 36 yaşlı Pavel Romanovdur.
İstintaq araşdırmalarına görə, onlar yaşadıqları yataqxananın həyətində yerli ermənilərlə mübahisə ediblər. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*