Saytımıza xoş gəlmisiniz

Ermənistan AES-in modernizasiya üzrə kreditin ödənilməsində çətinlik çəkir

Oxunma sayı: 60

metsamor_npp_021117

Ermənistan Rusiyadan “Ermənistan” AES-in modernizasiyasına ayırılan kreditin ödənilməsini təxirə salmağı istəyib.

Trend-in məlumatına görə, bunu Ermənistanın Enerji İnfrastrukturları və Təbii Sərvətlər Nazirliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Tiqran Melkonyan deyib.

“Ermənistan” AES-in istismar müddətinin uzadılması layihəsinin həyata keçirilməsi ilə bağlı olan işlərin gecikməsinə dair məsələni qaldırmaq istəyirəm. Biz bir neçə həm subyektiv, həm də obyektiv səbəb aşkar etmişik. Layihənin uğurlu yekunlaşdırılması kredit üzrə illik ödənişlərin yeganə mənbəyini “Ermənistan” AES-in istehsal etdiyi elektrik enerjisinin satışından əldə olunan vəsait təşkil edərkən kreditin qüvvədə olma müddətinin uzadılması, həmçinin kreditin ödənilməsinin başlanmasının təxirə salınması barədə qərar qəbul etmək lazımdır”, – deyə Melkonyan bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*