Saytımıza xoş gəlmisiniz

Ermənistan dövlətçiliyi məhv ola bilər

Oxunma sayı: 389

32951032_2070790616527968_9105772795748417536_n

Karabakh.tv xəbər verir ki, erməni KİV-lərində Levon Ter-Petrosyanın məqaləsi dərc olunub. Ermənistan dövlətçiliyinin təhlükə qarşısında qaldığını iddia edən sabiq prezident öz məqaləsində yazır:

“Əhali arasında baş alıb gedən özfəaliyyət halları – binaların zəbt olunması, yolların bağlanması birbaşa Paşinyanın əleyhinə işləyir və bu kimi aksiyalar, həm də  sabiq iqtidarın adamları tərəfindən təşkil olunur. Məqsəd yeni hakimiyyət nümayəndələrini nüfuzdan salmaq,  xaos yaratmaq və idarəetmədə ciddi problemlərin mövcudluğu haqqında rəy formalaşdırmaqdır.

 Bu gün Ermənistanda fövqəladə vəziyyət yaranıb. Ölkənin idarəetmə maşını biryolluq sıradan çıxa və Ermənistanı kütləvi özbaşınalıq öz ağuşuna ala bilər. Bu isə bütün ölkələr üçün ən təhlükəli hal sayılır. Çünki hətta diktatura rejimindən də ağır və dağıdıcı xarakterə malikdir.”

Daha sonra Ter-Petrosyan öz fikirlərinə əmin olduğunu bildirib və yeni iqtidarı öz səmimiyyətinə inandırmağa çalışıb:

“Bugünkü xalq hərəkatı Ermənistanda hökm sürən 20 illik diktatura rejimini devirdi…”

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*