Saytımıza xoş gəlmisiniz

Ermənistan hərbçiləri  NATO-nun təlimlərində 

Oxunma sayı: 223

received_2121457811461248

Karabakh.tv xəbər verir ki, Ermənistan NATO-nun çoxmillətli Noble Partner 2018 (“Ləyaqətli Tərəfdaş 2018”) təlimlərində iştirak edəcək.

NATO ölkələrinin üç mindən çox hərbi qulluqçusunun qatıldığı bu təlimlərə Tiflis şəhəri yaxınlığında yerləşən Vazian hərbi aerodromundan rəsmi olaraq 1 avqust 2018-ci il tarixində start veriləcək.

Təlimlər avqustun 15-dək davam edəcək.

Gürcüstanın müdafiə nazirliyinə istinadən yayılan xəbərlərə görə, təlimlərdən məqsəd müdafiə və hücum əməliyyatları zamanı vərdişlərin daha da gücləndirilməsi, həmçinin Qara dəniz regionu ölkələri arasında birgə fəaliyyətin stabilliyini və təhlükəsizliyini təmin etməkdir.

Təlim bu il daha geniş miqyasda, Almaniya və ABŞ aviasiyasının iştirakı ilə keçiriləcək.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*