Saytımıza xoş gəlmisiniz

Ermənistan hakimiyyətinin qeyri-peşəkarlığı Azərbaycanın mövqeyini möhkəmləndirəcək – Erməni politoloqun şərhi

Oxunma sayı: 243

d40b33c0a3ca3c1b940d19328154ed5f

Ermənistanda son vaxtlar sosial şəbəkələrdə hakimiyyət tərəfdarlarının və müxalifətin Qarabağda “torpaqları təslim etməyə” hazırlaşdıqları barədə qarşılıqlı ittihamları güclənib. Bəziləri buna görə baş nazir Nikol Paşinyanı, digərləri isə keçmiş prezident Serj Sarkisyanı günahlandırırlar.

Virtualaz.org bildirir ki, politoloq Ervand Bozoyan “Sputnik Ermənistan”a deyib: “Qarabağ məsələsində heç bir əhəmiyyətli şey baş vermədi. Müxalifət hakimiyyəti “torpağı verməkdə” ittiham edirdi və əksinə, hakimiyyət dəyişikliyindən sonra əvvəlkilər bunda yeni rəhbərliyi günahlandırırlar. Bu, Qarabağın hesabına xal qazanmağa çalışdıqları köhnə erməni uşaq oyununu xatırladır”.

Politoloqun fikrincə, Ermənistanda insanların çoxu bu oyunun inersiya ilə davam etdiyini və reallıqla heç bir əlaqəsinin olmadığını başa düşür.

“Hər kəs, o cümlədən vasitəçilər başa düşürlər ki, bu mərhələdə ortaq məxrəc tapmaq, demək olar ki, mümkün deyil”,-deyə E.Bozoyan vurğulayıb. Nə qalır? Danışıq üçün danışıq aparmaq? İstənilən müharibə mövcud “soyuq” sülhdən daha pisdir. İkincisi, tərəflərin gələcəkdə bu və ya digər qərara nə dərəcədə hazır olduqlarını tədqiq etmək. Həmsədrləri maraqlandıran məhz budur.

“Sputnik Ermənistan”ın yazdığı kimi, Ermənistanın yeni hakimiyyəti sıfırdan başlayacaqlarını, cəmiyyətin gözündə xal qazanmağa çalışdıqlarını söyləyirsə, bu müəyyən bir təhlükə yaradır. “Aydındır ki, bu, torpağın verilməsi ilə əlaqəli deyil. Tərəflər güzəştə getməyəcəklər, ancaq onlar beynəlxalq aləmdə mövqe üstünlüyü əldə etməyə çalışırlar”,- deyə E.Bozoyan bildirib.

Ermənistanın yeni hakimiyyətinin həyata keçirilməyən və uzağı görməyən bəyanatları (Xankəndinin danışıqlar masasına qayıtması, “Artsax-bu, Ermənistandır”) daxildə müsbət qarşılandı, ancaq xarici aləmdə dağıdıcı təsir bağışladı. Daha sonra Paşinyan bildirdi ki, həll yolu Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu cür uyğunsuzluq təkcə baş nazirin özünə deyil, bütövlükdə Ermənistana olan münasibətə təsir göstərir.

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağın Azərbaycan icmasını yenidən hərəkətə gətirməyə çalışır: “Ermənistan hakimiyyəti, əlbəttə ki, bunu istəmir. Ancaq peşəkar olmayan hərəkətlər və bəyanatlar buna aparır. Gələcəkdə yeni belə, bir-birinə zidd bəyanatların ortaya çıxması Azərbaycanın mövqeyini gücləndirəcək… Və ya Bakı tərəfindən blitskriq cəhdi halında ona mümkün xarici təzyiqi azalda bilər”.

Erməni politoloq hesab edir ki, mövcud hakimiyyəti torpaqların təslim edilməsində günahlandıranların hamısı “sıravi populistlər”dir. Ümumiyyətlə isə, Ermənistan hakimiyyətinin və müxalifətinin bu mövzuda siyasi möhtəkirlikləri bütün Ermənistana ziyan vurur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*