Saytımıza xoş gəlmisiniz

Ermənistan hökuməti üçün növbəti şok – gizli telefon danışıqları yayıldı

Oxunma sayı: 31

5943cf63a3300c2f2c25eaa97edc7de9

Ermənistanı silkələyən növbəti sensasion telefon dinləmələrinin səs yazısı yayılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, internetdə yayılan telefon danışıqları Ermənistanın yüksək çinli şəxslərinin telefon danışıqlarıdır. Bu dəfə telefon danışığı dinlənilən şəxslər sırasında Artur Vanetsyan və Sasun Xaçatryan da var. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla danışığı da yazılıb. Məlumatda deyilir ki, telefon danışıqlarında söhbət KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və eks-prezident Robert Köçəryan ətrafında gedib.

Məlum olduğu kimi, adları çəkilən hər iki şəxsin himayəçiləri Rusiyadadır. Bu mənada telefon danışıqlarının dinlənilərək yayılmasının təsadüf olmadığını demək olar.

Hər halda, növbədənkənar seçkilərə günlər qalmışkən hökumət başçısının telefon danışıqlarının yayılması N.Paşinyan üçün şok sürprizdir. Paşinyan bu danışıqlarda qeyri-adi heç nəyin olmadığını deyib. Təbii ki, seçki təbliğatı dönəmində belə deməlidir.

Telefon danışığının İrəvandan Moskvaya cavab xarakterli bəyanatlar verilməsindən və Rusiya səfirliyini qəzəbləndirən məlumatların yayılmasından sonra üzə çıxması da maraqlıdır.

Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*