Saytımıza xoş gəlmisiniz

Ermənistan MN-ə silah tədarük edən şirkətlərə qarşı cinayət işi başlanıb

Oxunma sayı: 33

345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897_1529912116_1531914038_1532423364_1533884649

Ermənistan müdafiə nazirliyinə mal və silah tədarük edən şirkətlərə qarşı cinayət işi başlanıb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş nazirinin korrupsiyaya qarşı köməkçisinin təqdim etdiyi məlumat və sübutedici faktlar əsasında Ermənistan təhlükəsizlik xidmətinin istintaq idarəsində cinayət məcəlləsinin müvafiq bəndlərinə əsasən külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb.

İlkin araşdırma zamanı, müdafiə nazirliyi ilə əldə edilən razılaşmaya əsasən Ermənistanda fəaliyyət göstərən 10-dək şirkət 2009-2017-ci illər ərzində ordunun zəruri ehtiyaclarını ödəmək üçün 10 milyard dram həcmində müxtəlif təyinatlı mal, silahlanma vasitələri tədarük etdiyi müəyyən edilib.

Məlumata görə, müqavilə şərtləri kifayət qədər pozulub və əsaslı səbəb olmadan tədarük bu günədək həyata keçirilməyib, o cümlədən keyfiyyətsiz mallar tədarük edilib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*