Saytımıza xoş gəlmisiniz

Ermənistan nüfuzdan düşür

Oxunma sayı: 533

38028699_2134225196851176_2779924389859164160_n

“Yuriy Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) katib təyin olunmasının hansı zəhmət bahasına başa gəldiyini hamımız yaxşı xatırlayırıq. Güclü müqavimət vardı. Xüsusilə Belarus və Qazaxıstan bu təyinatın əleyhinə idi. Həmçinin KTMT-nin mərkəzi orqanı – Rusiya da onun bu posta təyinatını məqsədəuyğun saymırdı.”

Karabakh.tv xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbəti zamanı Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, 1 mart hadisələri ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Y.Xaçaturova ittiham irəli sürülməsi Ermənistanın KTMT-dəki nüfuzuna xələl gətirə bilər.

“Bütün bunların diqqət mərkəzinə alınması KTMT-nın daxilində Ermənistan üçün problemlər yaradacaq. Yaxşı olardı ki, Y.Xaçaturov əvvəlcə geri çağırılsın, sonra isə onun əvəzlənməsi məsələsi gündəmə gətirilsin.”

Aleksandr İskəndəryan həmçinin bildirib ki, Ermənistanın sabiq prezidentinə qarşı cinayət işinin açılmasını da, çox güman, KTMT-yə üzv ölkələr yaxşı qarşılamayacaq:

“Politoloqlar hamıya başa salmalıdırlar ki, bütün bunlar Ermənistanın daxili siyasəti ilə bağlıdır və xarici siyasətdə heç bir problem yaşanmır.”

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*