Saytımıza xoş gəlmisiniz

Ermənistan ordusundan nə qədər vəsait oğurlanıb? – Vanetsyan cavablandırır

Oxunma sayı: 224

2018/12/16270-1545381674.jpg

“Bir çox hallarda korrupsiya piramida şəklində olub, bu isə dövlətin təhlükəsizliyinin təhlükə və məhv etmə altında olduğuna işarədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 100 illiyi və Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr edilən iclasda direktor Artur Vanetsyan bildirib.

Vanetsyan 2018-ci ilin yekunlarına dair bəzi hesabat xaraketrli məlumatlar açıqlayıb.

O qeyd edib ki, 2018-ci ilin 11 ayı ərzində yeni yaradılan informasiya təhlükəsizliyi və idaretmə rabitəsi baş idarəsinin mütəxəssislərinin səyləri nəticəsində dövlət saytlarına 3 milyondan artıq haker hücumlarının qarşısı alınıb.

Vanetsyan ordudakı korrupsiya faktlarına qarşı mübarizə tədbirlərinə də toxunaraq bildirib ki, 70-dək cinayət işi açılıb.

“Dövlətə vurulan ziyanın həcmi 10 milyard dramlarla ölçülə bilər, günahkar şəxslər məsuliyyətə cəlb edilib. MTX-nin icraatında silahların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri var. Bu cinayət işləri çərçivəsində yüksək vəzifəli şəxslər və deputatlar da daxil olmaqla 130 nəfər saxlanılaraq həbs edilib. Həmin cinayət işləri çərçivəsində 100-dən çox silah və 10 minlərlə patron müsadirə edilib”, – deyə Vanetsyan əlavə edib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*