Saytımıza xoş gəlmisiniz

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Oxunma sayı: 112

567567_1519218718

Bu günlərdə İcevanda yerləşən hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu, Kotayk vilayətinin Qarni kənd sakini Stepan Stepanyan ölüb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Qarni kənd icra nümayəndəsi Aharon Sahakyan bildirib.

Onun sözlərinə görə, erməni əsgəri 4-5 gün əvvəl dəfn edilib. Ölən əsgərin ailə vəziyyətinin sosial cəhətdən ağır olduğunu qeyd edilib. Əsgərin ölüm səbəbinin götürülən analizlərin cavabından, yəni 40 gündən sonra məlum olacağını bildirilib.

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan bildirib ki, hərbi qulluqçuların bütün ölüm hallarında cinayət işi açılır. Bu cinayət işlərinin araşdırılması hərbi prokurorluq tərəfindən aparılır. Hərbi prokurorluğa hansı maddə ilə cinayət işi açıldığına dair müraciət olunub. Prokurorluğun əməkdaşı bildirib ki, bu sualla əlaqədar yazılı qaydada müarciət edilməsi vacibdir. Məlumata görə, ölən erməni hərbi qulluqçu, Sepan Stepanyan orduda 6 ay xidmət edib.

Qeyd edək ki, baş verən hadisə barədə daha öncə Ermənistan MN məlumat yaymayıb və hər zamankı kimi məlumatı erməni ictimaiyyətindən gizlədib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*