Saytımıza xoş gəlmisiniz

Ermənistan Respublikasının yeni seçilmiş baş naziri ona dəstək olanlara minnətdarlığını bildirib

Oxunma sayı: 160

930271

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan respublikasının yeni seçilmiş baş naziri Serj Sarkisyan baş nazir vəzifəsinə onun namizədliyinin irəli sürülməsində və dəstəklənməsində “Daşnaksütyun” və  Ermənistan respublikaçılar partiyasına minnətdarlığını bildirib.

Serj Sarkisyan bu barədə parlamentdə səsvermədən sonra çıxışında  bildirib.

“Biz siyasi koalisiya kimi ciddi məsuliyyəti öz üzərimizə götürmüşük. Onun miqyasını dərk edirik və vətənimizin inkişafı, xalqımızın  daha yaxşı həyat şəraiti ilə təminatı uğrunda bu inkişaf yolu ilə irəliyə getməyə hazırıq”, – deyə baş nazir bildirib.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*