Saytımıza xoş gəlmisiniz

Ermənistan vandalizmini ehtiva edən materiallar beynəlxalq təşkilatlara təqdim olunub – Səyavuş Heydərov

Oxunma sayı: 269

trend_siyavush_heydarov_261218

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb.

Karabakh.TV Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

S.Heydərov bildirib ki, ermənilərin bu məbədlərdə heyvanlar saxlaması barədə də məlumatlar verilib: “Əlbəttə, Ermənistan tərəfi bunu gizlətməyə çalışır, arabir bəzi məbədləri təmir etmək imitasiyası etməklə çirkin əməllərini gizlətməyə çalışır. Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*