Saytımıza xoş gəlmisiniz

Ermənistan XİN: “Biz Xaçaturovun əvəz edilməsinə təşəbbüs göstərmişik”

Oxunma sayı: 68

456456_1532756515_1533044087_1533889336_1534254032

“Xaçaturovun əvəzlənməsi KTMT-nin daxili müzakirələr sahəsinə aid olan məsələdir”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Nağdalyan jurnalistlərlə görüşü zamanı KTMT baş katibi Yuri Xaçaturovun əvəzlənməsi prosesinə münasibət bildirərkən deyib.

Jurnalistin “Ermənistan xarici işlər nazirliyində KTMT baş katibi vəzifəsində Yuri Xaçaturovu kimin əvəz edəcəyi müzakirə edilirmi?” sualına Nağdalyan bu şəkildə cavab verib: “Biz əvəz edilməsi prosesinə təşəbbüs göstərmişik, qalan məsələlər KTMT-nin daxili müzakirələr sahəsinə aiddir. Bunu KTMT şurası müzakirə etməlidir”.

Nağdalyan həmçinin bildirib ki, tezliklə KTMT-nin növbəti zirvə toplantısı keçiriləcək.

“Bu iclas keçirilənədək Xaçaturovun əvəz edilməsi məsələsində daxili müzakirələr aparılacaq. Qəbul ediləcək qərar KTMT şurasının təsdiqinə təqdim ediləcək. Oktyabr ayınadək işgüzar müzakirələr zamanı kifayət qədər görüləcək işlər var”, – deyə o əlavə edib.

Xatırladaq ki, Ermənistan tərəfi 1 mart hadisələri ilə əlaqədar Ermənistanın konstitutsiya quruluşunu devirməkdə ittiham olunan Yuri Xaçaturovun əvəzlənməsi prosesinə başlanılması təşəbbüsü ilə çıxış edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*