Saytımıza xoş gəlmisiniz

Ermənistan XİN: “Razılaşmalar öncə KTMT TŞ tərəfindən təsdiq olunmalıdır”

Oxunma sayı: 85

13848781_1534250639

“KTMT baş katibi Yuri Xaçaturov məsələsində əldə olunan razılaşmalar öncə KTMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmalıdır”. 

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifələrini icra edən Anna Nağdalyan mətbuat konfransında deyib.

“Qalan addımlar təşkilatın müxtəlif səviyyələrində görüşləri zamanı müzakirə olunacaq. Əldə edilən razılaşmalar Kollektiv Təhlükəsizlik Şurasının müzakirəsinə və təsdiqinə təqdim olunacaq. Bizim əlavə edəcək başqa bir məlumatımız yoxdur. Cəmiyyət bütün bu proseslər barədə məlumatlandırılacaq”, – deyə Nağdalyan bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev, avqustun 12-də keçirilən görüşdə KTMT baş katibi Yuri Xaçaturovun məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Xaçaturov, Ermənistan Xüsusi İstintaq Xidmətində 2008-ci il martın 1-də və 2-də İrəvan şəhərində baş verən hadisələrlə əlaqədar araşdırılan cinayət işi çərçivəsində digər şəxslərlə öncədən əlbir olaraq Ermənistanın konstitusiya quruluşunu dəyişməyə cəhd etməkdə ittiham olunur.

Avqustun 4-də istintaq orqanları Xaçaturovun ölkədən çıxmasına və KTMT Baş katibi səlahiyyətlərinin icrasına qayıtmasına icazə verib. Hazırda Ermənistan baş katibin əvəz edilməsi məsələsini müzakirə edir. Xaçaturov 2017-ci ildə, 3 il müddətinə KTMT-nin baş katibi təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*