Saytımıza xoş gəlmisiniz

Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər

Oxunma sayı: 217

1223_1526024497

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra, qara geyimli əsgər anaları yenidən etiraz aksiyasına başlayıblar. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sülh dövründə orduda ölən hərbi qulluqçuların anaları İrina Qazaryan, Nana Muradyan, Heriknaz Qasparyan yenə qara geyimdə Bağramyan 26-da (keçmiş prezident, indiki baş nazir iqamətgahı yerləşən ünvan) etiraz aksiyası keçirirlər.

Onlar tələb edir ki, orduda nizamnamə qaydalarının pozulması nəticəsində ölən övladlarının cinayət işləri araşdırılsın və günahkar şəxslər aşkarlanaraq, cəzaya məhkum edilsin.

2010-cu ildə orduda ölən Artur Qazaryanın anası deyir ki, bir anda onların problemlərinin həll edilməyəcəyini dərk edirlər. Ancaq silahlı qüvvələrdə və istintaq orqanlarında islahatlar aparılaraq mövcud rəhbərliyin kənarlaşdırılacağına inanırlar.

Qara geyimli qadınların məlumatına görə, Vigen Sarkisyanın dövründə onların problemi ilə bağlı heç bir iş görülməyib.

2010-cu ildə ölən Valeri Muradyanın anası, Nana Muradyan isə cinayətkarların himayədarı olan Baş qərargah rəisi Movses Hakopyanın da istefa verməli olduğunu vurğulayıb.

Əsgər valideynləri sonadək mübarizə aparacaqlarını qeyd ediblər.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*