Saytımıza xoş gəlmisiniz

Ermənistanda aprel döyüşləri iştirakçısı hamamda ölü tapılıb – FOTO

Oxunma sayı: 16

2018/10/b0186-3080379062.jpg

Dünən, saat 19:15 radələrində Ermənistanın Vanadzor şəhər Bazum yaşayış məhəlləsində mənzildə meyit aşkarlandığı barədə polisə məlumat daxil olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mənzilə baxış keçirərkən 21 yaşlı Alaverdi şəhər sakini Sanasar Simonyanın meyiti aşkar edilib.

Məhkəmə tibbi ekspertizasının rəyinə görə, meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin məlumata görə, Simonyan ürək çatışmazlığından ölüb.

Bildirilir ki, Simonyan aprel döyüşləri iştirakçısı olub, hərbi xidmətini işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin ön xətt mövqelərində başa vurub.


Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*