Saytımıza xoş gəlmisiniz

Ermənistanda bahalaşma davam edir

Oxunma sayı: 27

yerevan_170612_2

2018-ci ilin avqustunda Ermənistanda istehlak bazarında bahalaşma qeydə alınıb.

Trend-in Ermənistanın Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkədə ərzaq malları və alkoqolsuz içkilər 1.7 faiz bahalaşıb.

Spirtli içkilər və tütün məmulatlarının qiyməti 1.5 faiz, qeyri-ərzaq məhsulları – 0.5, xidmətlərə görə tariflər – 1,5, ət – 2.4, meyvə – 3.3, tərəvəz – 6.5, ət məhsullarının qiyməti isə 8.6 faiz artıb.

Ümumilikdə istehlak mallarının artımı Ermənistanın bütün şəhərlərində qeydə alınıb. Yerevan və Aştarakda isə intensiv qiymət artımı müşahidə olunur.

Bununla yanaşı, süd məhsulları, o cümlədən pendir 1 faiz, yumurta – 5.9, qəhvə, çay – 0.1, balıq və dəniz məhsulları isə 0.5 faiz bahalaşıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*