Ermənistanda bomba həyəcanı – Nazirliyin binası boşaldılır
Oxunma sayı: 72

Ermənistanda kimliyi bilinməyən şəxs Səhiyyə Nazirliyinin binasını partladacağını bildirib.
AzVision.az Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, anonim şəkildə 911 xidmətinə zəng edən vətəndaş Səhiyyə Nazirliyinin binasını partladacığını deyib.
Mümkün təhlükə ilə əlaqədar hadisə yerinə çoxsaylı xilasedicilər, polis və böhranın idarəedilməsi üzrə milli mərkəzin əməkdaşları cəlb olunublar.
Hazırda nazirliyin binası boşaldılaraq oradakı işçilər təxliyyə olunur.
Leyla Elbrusqızı
AzVision.az