Saytımıza xoş gəlmisiniz

Ermənistanda etiraz aksiyasının rəhbərinin harada olduğu məlum deyil

Oxunma sayı: 44

yerevan_170612_2-1

Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasının və “Mənim addımım” təşəbbüsünün lideri, deputat Nikol Paşinyan polis bölməsindən aparılıb. Hazırda onun harada olduğu məlum deyil.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu vəkil Rustam Badasyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib: “Nikol Paşinyan Sevan polis bölməsində deyil. Bölmədən bildiriblər ki, o, gün ərzində burada olub, lakin indi bölmədə deyil. Onun harada olduğu, kim tərəfindən və hara aparıldığı məlum deyil. Düşünürəm ki, 1937-ci ildə insanları daha çox qorumaq olardı”.

Xatırladaq ki, ötən gün polis Yerevanda etiraz aksiyasını dağıdıb, N.Paşinyan saxlanılıb. Aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edirdilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*