Saytımıza xoş gəlmisiniz

Ermənistanda hərbi qulluqçu qəza törətdi: 1 ölü, 6 yaralı

Oxunma sayı: 37

ermeni-esger565_1522920948_1531293937

Tavuş vilayətində hərbi qulluqçu qəza törədib.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, iyulun 10-da saat 19:15 radələrində Ermənistanın Tavuş vilayətinin Berd-Çəmbərək yolunun “Yeğnikasar” (Maraldağı) adlanan ərazisində “Mitsubishi Pajero” IO markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 100 metrədək yuvarlanmaqla dərəyə düşüb.

Hadisə yerindən verilən məlumata görə, 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Berd xəstəxanasına təxliyyə edilib. Məlumata görə, ölən sürücünün həyat yoldaşı, yaralılar isə sürücünün bacısı və 2 azyaşlı uşaqdır. Sürücü Ermənistan müdafiə nazirliyinin müddətli xidmət hərbi qulluqçusu olmaqla, hərbi hissələrdən birində xidmət edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*