Saytımıza xoş gəlmisiniz

Ermənistanda hərbi qulluqçular qəzaya düşüb – FOTOLAR

Oxunma sayı: 46

c27a3be41895f9448aac137292bc80782345345_1520239559234234_1520600369_3042736486_1527830866_1528091868_1530098885_13807333908

Ermənistanda hərbçilərin iştirakı ilə avtomobil qəzası baş verib. 

Ordu.az “shamshyan.com” saytına istinadən xəbər verir ki, bu gün saat 07:40 radələrində Ermənistanın Qeğarkunik vilayətinin Çəbərək şəhərində Şorja kənd sakini 39 yaşlı Aram Harutyunyanın idarə etdiyi “Mercedes” və Çəmbərək şəhər sakini 39 yaşlı Ruslan Harutyunyanın idarə etdiyi “ВАЗ 2107” markalı avtomobillər toqquşub.

Avtoqəza nəticəsində hər iki sürücü bədən xəsarətləri ilə Çəmbərək şəhər xəstəxanasına təxliyyə ediliblər.

Məlumatda bildirilir ki, sürücü A.Harutyunyan Ermənistan müdafiə nazirliyinin “N” saylı hərbi hissəsinin taqım komandiri, R.Harutyunyan isə həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusudur.









Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*