Saytımıza xoş gəlmisiniz

Ermənistanda ifadə müqabilində vəzifə verilir: BQ-nin təşkilat səfərbərlik idarəsinin rəisi kimdir?

Oxunma sayı: 67

2019/03/16848-1551938762.jpg

Onun təyin edilməsi barədə Ermənistan prezidentinin əmri fevralın 7-də nəşr edilib.

Ordu.az “Pastinfo”ya istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti “1 Mart” cinayət işi üzrə “arzuolunan ifadə” verən hərbçiləri mükafatlandırmaqda davam edir.

Bildirilir ki, bu yanaşma ilə Albert Bağdasaryanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının təşkilat səfərbərlik idarəsinin rəisi vəzifəsinə təyin edilməsi baş tutub. Xatırladaq ki, onun təyinatı haqqında Ermənistan prezidentinin əmri fevralın 7-də açıqlanıb. Son bir neçə ay ərzində onun xidməti sahədə kəskin irəliləməsi, onun “1 Mart” cinayət işi üzrə verdiyi ifadələrlə əlaqələndirilir.


Qeyd edək ki, Albert Bağdasaryan bu vəzifəyə təyin olunanadək N saylı hərbi hissənin komandir müavini olub. Daha öncə erməni mətbuatı məlumat yayaraq bildirib ki, “1 mart” cinayət işi üzrə Xüsusi İstintaq Komitəsi 10 nəfər həlak olanların ölüm səbəblərini, nümayişçilərlə ordu arasında toqquşmanın baş verdiyini sübut edən dəlillər əldə etməyə nail ola bilməyib. Öldürmə hallarına görə irəli sürülən ittihamlar barədə rəsmi açıqlama olmayıb.

Ermənistan Xüsusi İstintaq Komitəsini maraqlandıran bir neçə silah növü barədə isə MN bildirib ki, göstərilən silah növləri onun balansında qeydiyyatda yoxdur. Buna görə də Xüsusi İstintaq Komitəsi (XİK) çalışır ki, hərbçilərin ifadələri vasitəsilə sentyabrın 11-də keçirilən mətbuat konfransı zamanı XİK rəisi Sasun Xaçatryanın səsləndirdiyi bəyanatı əsaslandıran dəlillər əldə etsin.

Xatırladaq ki, həmin mətbuat konfransı zamanı Ermənistan XİK rəisi Sasun Xaçatryan bəyan edərək bildirib ki, oliqarxlar ordunu özləri üçün muzdlulara çeviriblər. İndi isə “Pastinfo” xəbər saytı bildirir ki, A.Bağdasaryan XİK rəisinin mətbuat konfransından bir neçə gün sonra, guya ona pul verildiyi barədə “arzuolunan ifadəni” verən azsaylı hərbçilərdən biridir. Öz ifadəsinin doğruluğunun yoxlanılması imkanını minimuma endirərək, bu pulu kimin və nə üçün verdiyini açıqlamayıb. Halbuki təşkilat səfərəbərlik idarəsinin rəisi təyin edilən Albert Bağdasaryan, 1 mart tarixində iğtişaşlar olan ərazidə olmayıb. Yəni hərbi hissədən kənardakı xidmətə cəlb edilməyib və əməliyyat idarəsində olub. Lakin verdiyi ifadəsində “1 Mart” hadisələrinin bir neçə gün davam etdiyini deməklə, adsız mənbələrə istinadən eşitdiyi şayiələri söyləyib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*