Saytımıza xoş gəlmisiniz

Ermənistanda növbəti etiraz – Kəndlilər yolu bağladı

Oxunma sayı: 55

32686-1526386599

Ermənistanın Ararat vilayətinin Surenavan kənd sakinləri etiraza qalxıb. Onlar dolunun təsərrüfata vurduğu ziyana görə kompensasiya ödənilməsi tələbi ilə kənd yolunu bağlayıblar.

AzVision.az Tert.am-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Artur Xaçatryan sakinlərin üzləşdiyi problemin araşdırıldığını deyib.

“Dolunun vurduğu ziyana görə zərərçəkənlərə kompensasiya həmişə dənilir. Hazırda ödəniş mexanizmlərini daha səmərəli etmək üçün araşdırma aparılır”, – deyə kənd təsərrüfatı naziri vurğulayıb.

Sakinlər isə kompensasiya ödənilməsə, etirazlara davam edəcəklərini deyiblər.

Alpər Mövludoğlu
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*