Saytımıza xoş gəlmisiniz

Ermənistanda snayperlərin yarışı keçiriləcək

Oxunma sayı: 20

2018/10/large-1540196103.jpg

Ermənistan müdafiə nazirliyi və Ermənistanın praktiki atışlar federasiyasının birgə təşkilatçılığı ilə cari ilin dekabr ayında ilk dəfə olaraq, Ermənistanda snayper atışlarının respublika açıq yarışı keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz “Facebook” səhifəsində yazıb.

O, həmçinin bildirib ki, yarışı ER müdafiə nazirliyi və müvafiq yüksək səviyyəli beynəlxalq mütəxəssislər keçirəcək.

“Müsabiqə bir çox cəhətdən müstəsna olacaq, daha ətraflı məlumat verəcəyik”, -deyə Hovhanisyan əlavə edib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*