Saytımıza xoş gəlmisiniz

Ermənistanda yenidən seçkilər keçiriləcək

Oxunma sayı: 73

20180508_zaf_x99_054

Ermənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu – sentyabrın əvvəlində keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə yeni seçilmiş Baş nazir Nikol Paşinyanın “Vətəndaş razılığı” partiyası xəbər yayıb.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində Baş nazir seçilib.

Ötən gün N.Paşinyan Socidə keçirilən sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*