Saytımıza xoş gəlmisiniz

Ermənistanda yezidi üsyanı: Məktəblər boykot edildi

Oxunma sayı: 119

ermeni-kendliler_1492837701_1517813206

Ermənistanın Şirak vilayətinin Azatan kəndinin yezidi sakinləri etiraza qalxıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sakinlər ölkədə 12 illik tədris sisteminin tətbiqinə etiraz olaraq uşaqları məktəbə getməyə qoymurlar.

Valideynlər məktəb direktorunu onların ailə işlərinə qarışmamağa çağırıb, övladlarını məktəbə buraxmayacaqlarını deyiblər.

Yezidi ailələr uşaqların məktəbə getməməsini sosial vəziyyətin çətinliyi və erkən nikahlarla əlaqələndiriblər. Bildirilib ki, onların sosial problemləri həll olunmasa, məktəblərdən birdəfəlik imtina edəcəklər.

Qeyd edilib ki, yeni tədris ili başlayandan 5-i qız olmaqla 7 şagird məktəbdən tamamilə imtina edib.

Alpər Mövludoğlu
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*