Saytımıza xoş gəlmisiniz

“Ermənistandakı daxili siyasi vəziyyət Qarabağ münaqişəsinə təsir göstərir” – Kazimirov

Oxunma sayı: 35

vladimir-kazimirov_1508438758_1528909052_1533813317

“Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyanın tez bir zamanda, hətta münaqişənin həlli üçün ümumi bir yanaşma hazırlamaq üçün görüşməsinə ehtiyac var”.

Ordu.az xəbər verir ki, bunu 1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçmiş Rusiya prezidentinin nümayəndəsi Vladimir Kazimirov, “Keçmişlə, yoxsa gələcəklə yaşamaq” adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın daxili siyasi vəziyyəti Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı proseslərə təsir göstərir.

Kazimirov məqaləsində qeyd edir ki, yalnız daxili vəziyyət deyil, həm də danışıqlar prosesi Ermənistandakı bütün əsas qüvvələrinin inteqrasiyasını tələb edir.

“Kənardan bir şey təklif etmək doğru deyil, xüsusən də bu sadəlövhlükdür. Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyanın tez bir zamanda, hətta münaqişənin həlli üçün ümumi bir yanaşma hazırlamaq üçün görüşməsinə ehtiyac var. Lakin belə bir məqam yetişməyib. Keçmiş yox, gələcək baxışlarla danışsalar, əminəm ki, onlardan heç birinə tərcüməçi lazım olmayacaq”, – deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*