Saytımıza xoş gəlmisiniz

Ermənistanın 2017-ci ildə silah idxalı – SIPRI

Oxunma sayı: 120

screenshot_245645_1520922988

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 12 mart tarixində nəşr etdiyi hesabatda bildirilir ki, 2017-ci ildə Ermənistan 14 milyon dollarlıq silah idxal edib. 

Ordu.az xəbər verir ki, Ermənistana idxal edilən silahların 100%-i Rusiyanın payına düşür.

Hesabata görə, Ermənistan bu silahları idxal edib:

• BM-9A52 “Smerç” reaktiv yaylım atəşi sistemi (6 ədəd 2016-17-ci illərdə idxal edilib);
• Verba/SA-25 daşınan zenit raket kompleksləri (200 ədəd 2016-17-ci illərdə idxal edilib);
• 9M133 “Kornet” tankəleyhinə raket kompleksləri;

Verba-U komplekslərinin əldə edilməsi haqqında Ermənistan tərəfi 2017-ci ilin aprel ayında məlumat verib. Həmin vaxt erməni silahlı qüvvələrinin “İqla-S” daşınan zenit raket komplekslərinin də aldığı deyilirdi, lakin bu məruzədə əksini tapmayıb.

SIPRI-nın məlumatlarına görə, Ermənistan 2016-cı ildə Rusiyadan 110 milyon dollarlıq silah idxal edib.

SIPRI məlumat bazası daim yenilənir. Beləliklə, 2017-ci ildə elan edilən hesabatda, 2016-cı ildə Ermənistana 79 milyon dollar dəyərində silah idxal edilməsi qeyd edilirdi. Artıq bu il (yəni 2017-ci il üçün) həmin məlumat yenilənərək rəqəmin 110 milyon dollara çatdığı bildirilir.

Hesabatda, Ermənistanın 2016-2017-ci illərdə silah idxalatı üzrə dünyada 54-cü yeri tutduğu qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*