Saytımıza xoş gəlmisiniz

Ermənistanla sər­hə­ddə yerləşən döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyəti yox­la­nılıb

Oxunma sayı: 102

dsx_170419_01

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

DSX-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib.

Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə ba­xış ke­çirilib, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib.

Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilmiş, çay süfrəsi arxasında söhbət aparıl­ıb.

Yazılmış şərhlər: 1

  1. Fərahim Qurbanov, istefada olan polkovnik-leytenant deyir ki:

    Bilavasitə Dövlət Sərhədindəki sərhəd məntəqələrinin abadlaşdırılması Dövlətin və sərhəd komandanlığının sərhədçilərimizə göstərdikləri qayğının təzahürüdür. Sərhədçinin valideyni kimi general-poikovnik Elçin Quliyevdən çox razıyam. Allah ona və bütün sərhəd keşiklirəni kömək olsun inşallah!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*