Saytımıza xoş gəlmisiniz

Fərəc Quliyev: “Biz düşmənə atəş açmalıyıq, atəş dayanmamalıdır”

Oxunma sayı: 138

9de54e1657621258eff44eaa776e2055

“Atəşkəs haqqında bizim fərqli mövqeyimiz olmalıdır. Biz o zaman atəş imzaladıq ki, işğalçı qüvvələr sərhədə çəkilsinlər və ondan sonra atəş açılmasın. Nə qədər ki, ərazilər azad olunmayıb, biz düşmənə atəş açmalıyıq, atəş dayanmamalıdır!”

Deputat Fərəc Quliyev bu fikriləri Milli Məclisin iclasında söylədi. Daha sonra o, dövlət sərhədini pozanlara qarşı amansız olmağa çağırdı: “Erməni təyyarələri gəldilər, Qarabağ səmasında təlim keçirdilər. Ancaq Müdafiə Nazirliyi bəyan etdi ki, təyyarələr təmis xəttinə yaxınlaşsa, vurulacaq. Mən başa düşmürəm, bizim sərhəd xəttimiz təmas xəttidir? Düşmən təyyarələri sərhədimizi pozan kimi vurulmalı idi”.

F.Quliyev Qarabağla digər təkliflərini də səsləndirdi: “Burada büdcə müzakirələri oldu, büdcədə müharibə ilə bağlı məsələlər əksini tapmadı. Biz itirilmiş ərazilərimizdə hər il nə qədər vəsait itirik, göstərilmədi. Hər büdcə müzakirələrində itirilmiş vəsaitləri göstərməliyik ki, gələcəkdə təzminat məsələsini qaldıra bilək”.

E.Paşasoy,

Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*