Saytımıza xoş gəlmisiniz

Faiq İsmayılovdan Anna Akopyana şanlı məktub…

Oxunma sayı: 129

9999999

Əvvəla salam, salamdan sonra biləsiniz ki, sizə bu məktubu yazan sıravi Azərbaycan vətəndaşı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində elindən, obasından didərgin düşmüş sıradan bir ziyalı Faiq İsmayılovdur.

Mən sizə vaxt ayırıb heç vaxt məktub yazmazdım, əgər siz çox ləyaqətsiz şəkildə Azərbaycanın birinci bitse Prezidenti Mehriban xanım Əliyevanı Qarabağa dəvət etməsəydiniz və Ermənistanın bəzi mətbuat orqanları bu dəvətə görə sizin simanızda “qəhrəman” obrazı yaratmağa çalışmasaydı. Bax bütün bu olanlar adi bir vətəndaş kimi qüruruma toxunduğuna görə sizə bu məktubu yazdım. Yazdım ki, Nikolun və sənin bəzi hoqqabazlıqlarınızın arxasında hansı məqamların dayandığını qoy hər kəs bilsin.

Əziz Anna, mən Ermənistanda cərəyan edən siyasi və ictimai prosesləri çox ciddi şəkildə izləyir və araşdırıram. Odur ki, açıqlayacağım bir çox məqamlar sizi təəcübləndirməsin. Sizin məni anlayıb anlamayacağınızın fərqində deyiləm. Çünki sizin Beynəlxalq Münasibətlər istiqamətində formalaşan təfəkkürünüz mənim təqdim etdiyim həqiqətləri anlamaq gücündə olmaya bilir. Çünki hazırki fəaliyyətinizdə verdiyiniz açıqlamalar, sizin sağlam idraka, düyagörüşə və sağlam əqidəyə sahib olmanıza şübhə yaradır.

Gəlin sizin populyarlaşmağa başladığınız dövrdən başlayaq. Məxməri inqilabdan. İnqilabdan öncə siz və əriniz Nikol Paşinyan Amerikada fəaliyyət göstərən “National Endowment for Democracy (NED)” fondundan ayrı-ayrılıqda böyük məbləğdə qrant aldınız. Sizə yəni Anna Akopyana verilən bir neçə milyon dollar qrant sizin Cənubi Qafqazda “Qadınlar sülh naminə” təşəbbüsünü dəstəkləmək üçün verilmişdi. Lakin siz bu layihəyə ayrılan vəsaitin böyük bir hissəsini Nikolun İnqilabda qələbəsi üçün xərclədiniz. Buna donorunuz etiraz etmədi, əksinə bu qeyri-qanuni fəaliyyətiniz donorunuz tərəfindən erməni qadınların “demokratiya” uğrunda mübarizəsinə dəstəyiniz kimi qiymətləndirildi.

Mitinqlər dövründə siz ərinizin yanından bir addım belə kənara çəkilmirdiniz. Onunla seltilər edir, şəkillər çəkdirirdiniz. Siz sadə ermənilər qarşısında cəfakeş qadın, vəfalı həyat yoldaşı obrazı yaratmağa çalışırdınız.

Əslində isə, bu görüntülər sizə, erməni xalqına xidmətə görə yox, layihə çərçivəsində sildiyiniz pulların donora hesabatlar vermək üçün lazım idi. Mitinqlərdə qarşınızda dayanan kütlə, sadə ermənilər isəsizin bu hiylənizdən xəbərsiz idilər.

Hörmətli Anna Akopyan, Ermənistandakı məxməri inqilab sizin qələbənizlə başa çatdı. Burada xalq faktoru mühüm rol oynadı. Beləki, uzun illər millətin qanını soran bir cinəyatkar rejimdən ac-yalavac xalq canını qurtarmağa çalışırdı.Bu ərəfədə sizin səxavətlə mitinqlərdə payladığınız pullar işə yaradı, xalq sizə etimad göstərdi. Xalq üçün sizin kimliyinizin fərqi yox idi, onların arzusu rejimin devrilməsi idi və buna da nail olundu.

Sizin ailə Ermənistanda hakimiyyəti ələ aldı. Heç bir idarəçilik qabiliyyəti olmayan, əyalət təfəkkürlü tipik bir erməni ailəsinin küçədən hakimiyyətə gəlməsi bir çoxları kimi sizin özünüzə də gölənilməz idi. Bu hadisə yalnız Ermənistanda baş verə bilərdi o da oldu.

Nikol ilk dəfə qədəm basdığı, Prezident iqəmətgahında həyəcanını gizlədə bilmirdi. O otaq-otaq gəzib facebookda canlı yayım edir şəkillər paylaşır etdiyi bu axmaq hərəkətlərə görə olmayan nüfuzuna zərbə vururdu. Lakin o anlamırdı ki, necə çətin və məsuliyyətli bir işə qədəm qoyur. Az sonra mitinq eyforiyası çəkiləcək, xoşbəxt gələcək arzusunda olan xalq ondan verdiyi sözləri tutmağı tələb edəcəkdi. Bax o zaman Nikol sözləri baş-ayaq sala-sala bu gün dediyini sabah təkzib edəcəkdi.

Siz Ermənistanı sevirsinizsə ilk növbədə anlamalısınız və ərinizə də anlatmalısınız ki, erməni xalqının xoşbəxt gələcəyi Qarabağ probleminin həllindən asılıdır. Hal-hazırda siz Amerikanın “National Endowment for Democracy (NED)” fondun təşkilatçılığı ilə “Qadınlar sülh naminə” təşəbbüsünüzü davam etdirirsiniz. Bu yaxınlarda siz Amerikanın pulu ilə Rusiyadan bir qrup qadını Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gətirdiniz. Həyata keçirdiyiniz bu Beynəlxalq “missiyanın” Beynəlxalq Hüququn müvafiq müddəalarına zidd olduğunu anlamadınızmı? İnanıram ki anlamamısınız, anlasaydınız bunu etməzdiniz.

Sizə əminliklə deyirəm ki, Qarabağ Problemi daim Ermənistanın başının üstündə gəzən ölüm kabusudur. Bu problem qaldıqca Ermənistanın həm də daxildə qarşıdurmalar qaçılmaz olacaqdır. Əriniz bütün gücü ilə Qarabağ klanlarından gözlənilən zərbəni zərərsizləşdirməklə məşğul olur və buna çoxlu vaxt sərf edir. Lakin bunun effektli alınacagına heç özüdə inanmır.

Nikol Şuşada Azərbaycan rəqsinə sərxoş vəziyyətdə oynamaqla, dünyaya nümayiş etdirmək istəyirdiki, Ermənistanın mütləq hakimidir, onun Qarabağ klanı ilə heç bir problemi Ermənistanda qruplar arasında heç bir münaqişə və ya intriqa yoxdur. Belə süni görüntülərin faydasızlığını bəlkədə siz məndən yaxşı anlayırsınız.

Əriniz hətta oğlunuz Aşot Paşinyanı hərbi xidmət keçmək üçün Xankəndinə göndərdi. Bundan az sonra isəoğlunuzu hərbi xidmət keçmək üçün Xankəndindən aparıb, İrəvandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürdü. Çünki Qarabağ klanının etibarına güvənmədi. Ona görə ki,sizin hakimiyyətə qarşı ölkənizdə kin nifrət hissi formalaşmağa başlayıb. Bunun nə qədər uzun çəkəcəyini zaman göstərəcək.

Hörmətli Anna Akopyan, siz hakimiyyətə gəldikdən sonra Ermənistanın simasını dəyişməyə çalışdınız. Lakin bacara bilmədiniz. Amma hakimiyyət sizin ailənizin simasını dəyişdirdi və elə dəyişdirdi ki tanınmaz oldunuz. İndi elit insanlar kimi geyinir, bəzənirsiniz. Elit insanlarla oturub-durursunuz. Bəlkədə öz yaxın keçmişinizi belə xatırlamağa utanırsınız.

Görürsünüzmü, dünya dəyişir, dövran dəyişir, texnologiya inkişaf edir, hətta siz özünüz belə dəyişirsiniz. Amma təfəkkürünüz dəyişməz olaraq qalır. Bugünkü erməni təfəkkürü, 100 il öncə yaşayan erməni təfəkküründən heç nəyi ilə fərqlənmirsə bu fəlakətdir. Qonşulara qarşı ərazi iddiaları, düşmənçilik, terror siz ermənilərin həyat tərzinə çevrilməməlidir.

Siz İrəvanda “Sülhməramlılıqda qadınların rolu: İmkanlar və problemlər” konfransında çıxış edərkən Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdiniz. Bu müraciətdə siz sadəcə bir etik qaydanı unutdunuz. Qonağın ev yiyəsinə yer göstərməsi sadəcə tərbiyəsizlikdir. Tərbiyəsizliyə isə siz pis baxmırsınız, çünki bu sizin həyat tərziniz və xarakterinizdir.

Bu məktubda mənim sizə müraciətlərim sizin imiciniz kimi dəyişkən oldu. Xahiş edirəm buna fikir verməyin.

Hörmətlə: Faiq İsmayılov

http://azpress.az/

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*