Saytımıza xoş gəlmisiniz

Fermerlər ödənilməyən kredit borclarına görə cərimələrdən azad oluna bilər

Oxunma sayı: 93

11150049

Fermerlər ödənilməyən kredit borclarına görə cərimələrdən azad oluna bilər. Kredit tarixçələrinin qanuniləşdirilməsi təklifi ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Paşinyan hökumət iclası zamanı Mərkəzi bankın sədri Artur Cavadyana fermerlərin ödənilməyən kreditlər üzrə cərimələrdən azad olunmasını təklif edib.

“Fermerlərin böyük borcları vardır ki, cərimələrlə bu daha da dərinləşir. Biz dünən Mərkəzi Bankın rəhbəri ilə bu mövzuda müzakirələr apardıq. Kəndlilərin kredit ödənişlərinin gecikdirilməsi üzrə cərimələrdən azad olunması istiqamətində maksimum tez bir zamanda mexanizmlərin işlənib hazırlanmasını təklif edirəm” – deyə, Paşinyan bildirib.

Onun sözlərinə görə, həmçinin kredit tarixçələri üzrə amnistiya məsələlərini də müzakirə etmək lazımdır ki, kəndlilər bundan sonra da bank kreditlərindən istifadə edə bilsinlər.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*