Saytımıza xoş gəlmisiniz

Füzuli Dövlət Dram Teatrının kollektivi əsgərlərlə görüşüb

Oxunma sayı: 180

1-30

Kollektiv öz ənənəsinə sadiq qalaraq Füzuli və Beyləqanda yerləşən N saylı hərbi hissələrdə əsgərlərlə görüşüb. Teatrın repertuarında olan tamaşalardan parçalar, əsgər həyatından bəhs edən şeirlər, səhnəciklər əsgərlərdə xoş ovqat yaradıb.

Teatr yeni mövsümü sentyabrın 25-də Şıxəli Qurbanovun “Özümüz bilərik” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada rolları Asif Şirinov, Əli Hüseynov, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elşən Gözəlov və başqaları ifa edəcək.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*