Saytımıza xoş gəlmisiniz

Mikoyanın Qarabağ canfəşanlığı, Xruşovun qətiyyəti…

Oxunma sayı: 270

1-3

Toplum kimi mövcud olduqları vaxtdan Azərbaycanın torpaqlarına göz dikən ermənilər  Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrə əl atıblar. Millətçi ermənilərin bu məsələdə əsas havadarları, dəstək verənləri isə hiyləgərliklə daha yuxarılarda qərar tutan ermənilər olub.

SSRİ dövründə də Dağlıq Qarabağ məsələsi bir neçə dəfə Kremldə müzakirə müstəvisinə çıxarılmaq həddinə gəlib. Uzun illər əsl erməni xislətinə uyğun yaltaqlığı ilə Moskvada yüksək vəzifələrdə çalışan, birincilərlə yaxınlığı ilə fərqlənən Anastas Mikoyan bu məsələnin ermənilərin xeyrinə həll olunması üçün yetərincə canfəşanlıq edib.

Mikoyan Xruşovun hakimiyyəti dövründə aralarında olan yaxşı münasibətdən istifadə edərək bir necə dəfə ermənilərin “xahiş”ini ona çatdırıb. Və təbii ki, belə məqamlarda o, bütün erməni xalqı adından danışıb. Ancaq Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsinə Xruşovun münasibəti sərt və kəskin olub.

İlk dəfə Mikoyan 1960-cı ildə bu məsələni qaldıranda Xruşov qəti şəkildə etirazını bildirib.

Bir neçə ildən sonra, 1964-cü ildə Krım Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya veriləndə Mikoyan zamanın onların xeyrinə işləyəcəyini, əlverişli məqam olduğunu düşünüb və Dağlıq Qarabağla bağlı Xruşova yenidən müraciət edib. Yoldaşlıq münasibətlərinin olmasına baxmayaraq Mikoyanın bu bezdirici təklifi sovet rəhbərini özündən şıxarıb və bu məsələyə birdəfəlik son qoymaq üçün Mikoyana bir cümlə ilə cavab verib:

 “Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz”.

İlham Cəmiloğlu