Saytımıza xoş gəlmisiniz

General istintaqa cəlb edildi

Oxunma sayı: 475

yuriy-xacaturov

Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının baş katibi general-polkovnik Yuriy Xaçaturov 1 mart 2008-ci il hadisələrinə görə erməni hüququ-mühafizə orqanlarının müstəntiqləri tərəfindən şahid qismində dindirilməyə çağırılıb.

Karabakh.tv xəbər verir ki, bu haqda Ermənistanın xüsusi istintaq xidmətinin mətbuat katibi  məlumat yayıb. Məlumatda bildirilir ki, Xaçaturov dindirilmə üçün İrəvana iyulun sonlarında gələcək.

Xatırladaq ki, Yuriy Xaçaturov 1 mart 2008-ci ildə İrəvan qarnizonunun komandanı olub.

2017-ci ildən isə Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının baş katibidir.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*