Saytımıza xoş gəlmisiniz

General vəzifəsindən kənarlaşdırıldı

Oxunma sayı: 1. 011

37343247_2119884244951938_1759048124304719872_n

Karabakh.tv  xəbər verir ki, Nikol Paşinyanın qərarı ilə general-mayor Mikayıl Arzumanyan baş hərbi müfəttişin müavini vəzifəsindən kənarlaşdırılıb.

Bu haqda Ermənistanın baş nazirinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xəbər verildiyi kimi, iyulun 7-də  baş nazir bu vəzifəyə yeni təyin olunmuş M.Arzumanyanı təcili yanına çağırmışdı. Bundan əvvəl isə generalın şəkli Bako Saakyanın istefasını tələb edən təşəbbüs qrupu ilə bir yerdə dərc olunmuşdu.

Qrup sosial şəbəkədə yaydığı fotoya belə bir şərh yazmışdı ki, general-mayor Mikayıl Arzumanyan da bizə qoşulub.

Xatırladaq ki,  general-mayor Mikayıl Arzumanyan bu vəzifəyə Nikol Paşinyanın qərarı ilə iyunun 27-də təyin olunmuşdu.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*