Saytımıza xoş gəlmisiniz

Giorgi Tsereteli: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmalıdır”

Oxunma sayı: 19

0cf608943b448896113a6871c0c6eaf9

“Cənubi Qafqaz regionundakı uzadılan münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur”.

“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli deyib.

“Rusiya ilə Gürcüstan arasında münaqişənin, yaxud Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını görürük. Mən sizdən bir daha onların həllində daha böyük siyasi iradə göstərməyi xahiş etmək və ATƏT-i bu istiqamətdə daha çox zəruri məsələlərə dair səyləri artırmağa çağırmaq istəyirəm”, – o vurğulayıb.

G.Tsereteli həmçinin hazırda Ukraynanın şərqində vəziyyətin hələ də gərgin olduğunu, bu üzdən bölgədə kəskin humanitar böhranın yarandığını diqqətə çatdırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*