Saytımıza xoş gəlmisiniz

Girovluqdan azad olunan Qazax sakininin vəziyyəti yaxşıdır – Xəstəxanadan açıqlama

Oxunma sayı: 140

hastane_hospital_070315

Bu gün girovluqdan azan olunan Qazax sakini 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Bu barədə Trend-ə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzindən məlumat veriblər. Xəstəxanadan bildiriblər ki, hazırda E.İbrahimov müayinə olunur:

“Hal-hazırda xəstə nəzrətimiz altındadır, vəziyyəti yaxşıdır və müayinələr aparılır. Onun bədənində hər hansı bir xəsarətlər yoxdur və həyatı üçün bir təhlükə görünmür”.

Xatırladaq ki, Ermənistanda girovluqda olan Qazax sakini bu gün qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*