Saytımıza xoş gəlmisiniz

Göyçə mahalı Zərkənd kəndindən yeni görüntülər – VİDEO

Oxunma sayı: 102

Karabakh.tv youtube kanalında yerləşdirilən Göyçə mahalı Zərkənd kəndinin 2018-ci ildə çəkilmiş videogörüntüsünü sizlərə təqdim edir.

Kəndin yaranma tarixi XV əsrin sonu XVI əsrin əvvəlləri təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. Kəndin ilk adı 1890-1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.

Rəvayət olunur ki, kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başladı. Kəndin ikinci adı 1890-1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olmuşdur. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası “Zər” “Qızıl” “Kənd” isə “Oba” və yaxudda “El” mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olmuşdur. Kəndin tarixi çox qədimi vaxtlara gedib çıxır. Qazax mahalından və İrəvan quberniyasının Uluxanlı bölgəsindən köçən kənd sakinləri ərazinin əlverişli olduğunu görərək bu yeri özləri üçün daimi yaşayış yeri seçmişlər.Kəndin 3000 hektardan çox torpağı olmuşdur ki, ondan 640 hektarı əkin, 580 hektarı biçin, 1800 hektarı isə dağ ərazisi və kənd ətrafı sahələrdir.

Kənddə 1831-ci ildə 202 nəfər, 1873-cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914-cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı yaşayıb.

1918-1920-ci illərdə baş verən erməni vəhşəti Zərkəndə də təsir etmiş, əzəli yurdlarından məcburi köç nəticəsində kənddə əhalinin sayı azalmışdır. 1922-ci ildə 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər, 1988-ci ildə 2000 nəfər azərbaycanlı yaşayıb. 1919-cu ildə kənddə Türkiyədən gəlmə еrmənilər də yеrləşdirilib.

3 yаnvаr 1935-ci ildə kəndin adı Zərkənd, 19 аprеl 1991-ci ildə isə kəndin adı Kut qoyulub.

1905-1907, 1918-1920 və 1948-1953-cü illərdə kənd əhalisi deportasiyaya məruz qalıb. Doğma yurdlarından didərgin düşən kənd əhalisi Goranboy rayonunun Goran, Qızılhacılı, Xanqərvənd kəndlərində,   Kəlbəcər, Gədəbəy, Gəncə, Samux, Daşkəsən rayonlarında məskunlaşıb.

1907-ci ilin yazında yenidən doğma kəndə qayıdış zamanı kəndin təxminən 60-70 evi, 250-300 nəfərə yaxın əhalisi, 1921-ci ilin yazında kəndə qayıdış zamanı kəndin təxminən 70-80 evi, 350-400 nəfərə yaxın əhalisi, 1955-1956-cı illərə qədər yenidən doğma kəndə qayıdış zamanı isə kəndin 100-120 evi, 550-600 nəfərə yaxın əhalisi olub. 1988-1991-ci illərdəki deportasiya zamanı isə kənd əhalisi doğma yurdlarından tamamilə çıxarılaraq qaçqın düşüb. Kənd əhalisi Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Goranboy, Gədəbəy, Gəncə, Samux, Daşkəsən və respublikanın digər şəhər və rayonlarında məskunlaşıb. Sakinlərin öz ata-baba yurdlarından məcburi surətdə qovuldqları zaman kəndin 200-220 evi, 1000-1500 nəfərə yaxın əhalisi olub.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*