Saytımıza xoş gəlmisiniz

“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” – Həyasızlığın son həddi…

Oxunma sayı: 362

28309137_1411781452284909_1429254270_n

“Hər bir erməni qaçqının Azərbaycandan orta hesabla 110 min dollar tələb etməyə haqqı  var”. “KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki,  bu həyasız və sərsəm fikirlərlə  Ermənistanın keçmiş xarici işlər naziri Aram Melikyan çıxış edib. “Qaçqınlar və beynəlxalq hüquq” təşkilatının siyasi məsələlər üzrə məsləhətçisi olan bu bədnam siyasətçi  həmin məbləğin yalnız hər bir qaçqın erməninin mülkiyyət hüququnun bərpası və digər məsələlər üçün nəzərdə tutulduğunu bildirib.  Onun aləmində ermənilərə dəymiş maddi və maliyyə zərərlərə görə kompensasiya ayrıca hesablanmalıdır.  İşğalçı ölkənin sabiq xarici siyasət rəhbəri  Ermənistan hökumət qurumlarının bu məsələ ilə ciddi məşğul olacaqları təqdirdə Azərbaycandann qısa müddətdə on milyardlarla dollar qoparmağa ümidlidir.

Xatırladaq ki, son hesablamalara görə Ermənistanın torpaqlarımızı  işğal etməsi nəticəsində Azərbaycana  820 milyard dollara yaxın ziyan dəyib.  Ermənistan neçə ölkənin önündə yalmanmalıdır ki, bu məbləğin bircə faizini ödəsin?..

Sultan Laçın 

Yazılmış şərhlər: 1

  1. Fazil deyir ki:

    Yaxşı bəs ermənistandan zorla qovulanların kompesasiyasını ermənistan dövləti ödəyəcəkmi?

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*