Saytımıza xoş gəlmisiniz

Hərbçilər arasında güləş üzrə dünya çempionatında idmançılarımız ilk medallarını qazanıblar

Oxunma sayı: 43

c8a827f9b8e69b6bfaa00c0e4ae924b3

Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ikinci günündə Azərbaycan təmsilçiləri ilk medallarını qazanıblar.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda Azərbaycan idmançılarından döşək üzərinə ilk olaraq hərbçimiz Sona Tumarxanova çıxıb.

Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub.

Kişilər arasında yarışda isə Azərbaycan idmançılarından döşək üzərinə Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi Ağahüseyn Mustafayev çıxıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İran idmançısı Biyabani Peymana qalib gələrək çempionatda bürünc medal qazanıb.

Dünya çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb. MOİK-in üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb.

Bununla da hərbçilərimiz yarışların ikinci günündə üç bürünc medal qazanıblar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*