Saytımıza xoş gəlmisiniz

Hərbi hissə komandiri həbs olundu

Oxunma sayı: 1. 290

35384495_2087616528178710_7158851716606066688_n

Karabakh.tv xəbər verir ki, Ermənistanın hərbi polis əməkdaşları növbəti dəfə rüşvət faktı aşkarlayıb. Bu haqda Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannasyan özünün sosial hesabında  status paylaşıb.

“Hərbi polis əməkdaşları müəyyənləşdiriblər ki, “N” hərbi hissəsinin komandiri podpolkovnik Q.N.  hissənin ərazisində fəaliyyət göstərən “Zinar” dükanının rəhbərindən onun ticarət fəaliyyətinə mane olmamaq üçün müxtəlif vaxtlarda rüşvət tələb etmişdir. 15 İyin tarxində növbəti rüşvətvermə məqamında podpolkovnik Q.N. öz xidməti kabinetində tutulmuşdur.”

Faktla bağlı müxtəlif maddələr üzrə cinayət işi qaldırılmışdır.

Hazırladı: İbrahim Rüstəmli

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*