Saytımıza xoş gəlmisiniz

HVAV Ermənistan MN-nin “tibb məntəqəsi”nə çevrilib – DETALLAR

Oxunma sayı: 47

2019/01/15185-1547020443.jpg

Səhhətindəki problemlərlə hərbi xidmətə göndərilən erməni gənc mətbuat nümayəndələrinin müdaxiləsindən sonra əməliyyat edilib.

Ordu.az xəbər verir ki, 2018-ci ilin yay çağırışında hərbi xidmətə çağırılan Armen Tadevosyanın səhhətindəki problemlər barədə 19 sentyabr 2018-ci ildə “armtimes.com” xəbər portalından məlumat əldə edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi onun hüquqlarının müdafiə olunmasını öz öhdəsinə götürüb.

Məlumata görə, hərbi qulluqçunun atası 21 sentyabr 2018-ci ildə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət edib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən bildiriblər ki, müxtəlif xəstəliklərinin olmasına baxmayaraq, hərbi xidmətə yararlı hesab edilən hərbi qulluqçu Armen Tadevosyan ilk növbədə Vanadzor hərbi hospitalında, daha sonra Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik hərbi hospitalında müalicə olunub. Lakin atasının verdiyi məlumata görə, müayinələr formal xarakter daşıyıb və onun xəstəliyinin müalicəsi üçün tədbirlər görülməyib. Hərbi qulluqçunun səhhətindəki problemlə əlaqədar planlı əməliyyat edilməsi zərurəti qeyd edilsə də, təşkilatın araşdırmasına görə qeyd edilən xəstəlik təcili əməliyyat edilməsini tələb edib.

Müayinə zamanı əsgərin sol tərəf venalarının patologiyası, qan dövranında orta dərəcədə pozulma kimi xəstəlikləri, əlavə müayinələr zamanı isə 1.7 mm olan, daha sonra 2.0 mm ölçüyədək böyüyən sol böyrək kistası, ağciyər çatışmazlığı pozğunluğu və yüksək təzyiq kimi xəstəlikləri olub.

Yuxarıda qeyd edilən problemlərlə bağlı HVA-nın Vanadzor ofisi 2 oktyabr 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. 19 oktyabr 2018-ci ildə hərbi qulluqçu sol tərəfli varikaselidən əməliyyyat edilib və səhhəti ilə bağlı məzuniyyət verilib. Məzuniyyətdən qayıtdıqdan sonra 11 noyabr tarixində sağ aşağı ətrafın varikoz genişlənmiş damarların cərrahiyyə yolu ilə çıxarılması həyata keçirilib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*