Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti öz işinə başlayıb.
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə bu gün Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
Sammitdə “Şərq Tərəfdaşlığı” proqramına daxil olan digər ölkələrdən Ermənistanı prezident Serj Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Belarus sammitdə nə prezident, nə də baş nazir səviyyəsində təmsil olunacaq. Bu ölkənin nümayəndə heyətinə xarici işlər naziri Vladimir Markey rəhbərlik edəcək.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə yaradılıb. Proqramın əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.
AzVision.az