Saytımıza xoş gəlmisiniz

İlham Əliyevin əfv etdiyi Lapşin İrəvana gəldi və… – Fotolar

Oxunma sayı: 216

received_1470522003077520

O, Ermənistan müxalifətçisi Nikol Paşinyana minnətdarlıq edib…

Rusiyalı yəhudi əsilli bloger Aleksandr Lapşin “Tour Expo” beynəlxalq turizm sərgisində iştirak etmək üçün İrəvana səfər edib.

“KarabakhTV” xəbər verir ki, bu haqda işğalçı ölkənin mediası məlumat yayıb. Sərgi çərçivəsində blogger media nümayəndələri ilə söhbət edib və bir sıra suallara cavab verib. Xatırladaq ki, A.Lapşin ötən il Azərbaycana qanunsuz səfərlərindən sonra həbs edilib və bir neçə ay sonra Prezident İlham Əliyev tərəfindən əfv edilib. Və azadlığa çıxıb Azərbaycandan getdikdən sonra yenidən ölkəmizə qarşı təbliğata başlayıb. Erməni jurnalistlərlə söhbətində o, növbəti dəfə Azərbaycan əleyhinə çıxışlar edib.

Beynəlxalq və Azərbaycan qanunlarını tapdayaraq sərhədlərimizi pozmuş bloqer həyasızcasına İrəvandan Strasburqa gedəcəyini və orada AŞPA-nın iclasında Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı çıxış edəcəyini bildirib.

A.Lapşin İrəvandakı etiraz mitinqlərinin təşkilatçısı Nikol Paşinyanla da görüşüb və ona Minskdə həbsdə olduğu vaxt Belarusun Ermənistandakı səfirliyi qarşısında aksiya keçirərək onu dəstəklməsinə görə təşəkkürünü bildirib.

Onu da xatırladaq ki, bir neçə ay öncə A.Lapşin sinəsində Dağlıq Qarabağdakı erməni əsgərinin əksi olan köynəklə gündəmə gəlmişdi.

Sultan Laçın

received_1470522009744186

received_1470528359743551

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*